"Titatik" ulduzunun qızı tarixi dramda yer alıb - FOTOLAR

3 Sentyabr 2023 03:54 (UTC+04:00)

"Titatik" serialının cazibədar ulduzu Keyt Uinsletlə britaniyalı kinorejissor Cim Tripletonun qızları Mia Tripliton "Piratlar" romanı əsasında çəkilən serialda rol alıb. SİA xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 22 yaşlı Triplton anasına bənzərliyi ilə diqqət çəkib. Keyt də eyni yaşda ona dünya şöhrəti gətirən “Titanik” filmində baş rolu oynayıb.

"Piratlar" filmində Mia Ledi Honoria Marabelle rolunu oynayır. Layihədə Syuki Uotehousun bacısı İmocen və Kristina Hendricks də rol alıb. Serial səkkiz epizoddan ibarətdir və 1870-ci illərdə titullu ər axtarışı üçün Londona gedən bir qrup amerikalı qızdan bəhs edir. Maraqlıdır ki, layihə üzərində sırf qadınlardan ibarət yaradıcı heyət çalışıb.

Bu, Mianın kinoda ilk işi deyil: o, anası ilə birlikdə oynadığı "Mən Rutam" filmi ilə debüt edib. Film uşaqlar və valideynlər arasındakı mürəkkəb münasibətdən bəhs edir. Ekran işi ən yaxşı qadın roluna görə BAFTA mükafatına layiq görülüb. Mükafatı alan aktrisa səhnədən qızına səslənərək: “Bala, bunu birlikdə etdik” deyib.

Qeyd edək ki, Keyt rejissorla 1998-ci ildə ailə qurub, onların nikahı cəmi 3 il davam edib.