Hüseyn 885 minlik “Rolls-Royce" avtomobilini kimə verəcək?

3 Sentyabr 2023 02:47 (UTC+04:00)

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov “Rolls-Royce Cullinan” markalı avtomobilini hədiyyə verəcək. SİA xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

"Bu gün 50 milyon rubl (təxminən 885 min manat) dəyərində olan maşınımla vidalaşacağam. Onu satmıram, hədiyyə edəcəyəm" deyə, Hüseyn bildirib.

Bloger avtomobili kimə verəcəyini isə açıqlamayıb.