Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulub

2 Sentyabr 2023 11:42 (UTC+04:00)

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

Nazirlikdən SİA-ya bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.