“X” da daha bir yenilik olacaq

2 Sentyabr 2023 04:21 (UTC+04:00)

“X” (tviter) sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask sosial media hesabında bildirib. O vurğulayıb ki, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və kompüter üçün mümkün olacaq.