İlham Mirzəyev yeni mövsümdən efirə qayıdır

2 Sentyabr 2023 04:40 (UTC+04:00)

Aparıcı və münəccim İlham Mirzəyev yeni mövsümdən efirə qayıdır. SİA xəbər verir ki, İlham illər əvvəl çalışdığı "Space" televiziyasına geri dönür. Belə ki, Mirzəyev sözügedən kanalda ictimai-sosial layihənin aparıcısı olacaq.

Qeyd edək ki, İlham Mirzəyev 14 il əvvəl "Space" televiziyasında "Tale yolları", "Etiraf" və "Etibar edin" verilişlərinin aparıcısı olub.