Bir söz var ki, "Bəzi insanlar bir-biri üçün yaradılıb". Onlar mükəmməl şəkil kimi görünürlər və gerçək ola bilməyəcək qədər sevgi doludurlar. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, astrologiyaya görə, bu cütlüklər bir səbəbə görə mükəmməldir: doğru bürc birləşməsi.
Bir-biri üçün yaradılmış bu bürclər bunlardır:
Buğa - Şir
Hər iki bürc bir-birini ovsunlaya bilər. Hər ikisi mən buradayam və brend mənəm deməyi xoşladığına görə, onların razılaşmaması üçün heç bir səbəb yoxdur.
Xərçəng - Əqrəb
Onların arasında çox təsirli və gözəl bir sevgi və münasibəti yarana bilər. Hər iki bürc bir-birinə şans verərsə, xoşbəxtlik qaçılmazdır.
Əkizlər - Dolça
Evlərdə bayram və sevgi yaşana bilər. Çox əylənsələr və bir-birləri ilə çox mübahisə etsələr belə, çox gözəl cütlük ola bilərlər.
Ayşən Vəli