Fransada yaşayan reper Uran (əsl adı İbrahim İbrahimov) Bakıya gəlib. SİA xəbər verir ki, 39 yaşlı reper Bakıda olduğu müddətdə bir neçə yeni layihə təqdim etmək fikrindədir. Bu barədə müğənni Elnarə Xəlilova instaqramda məlumat yayıb.
O, Uranla videosunu paylaşaraq birlikdə yeni kompozisiya hazırladıqlarını və ona klip çəkdirməyi düşündüklərini deyib.
Bundan başqa Elnarə qeyd edib ki, bu duet deyil, trio ifa olacaq. Belə ki, layihə üzərində Elnarə və Uranla yanaşı Uranın qızı da çalışır.