Qazaxıstanda Qalkinə konsert verməyə icazə vermirlər?

31 Avqust 2023 18:06 (UTC+04:00)

Vaxtilə rus telekanallarında teleaparıcılıq edən komediyaçı Maksim Qalkin, bir neçə aydır ki, Qazaxıstandakı konsert məkanlarında çıxışlarının keçirilməsinə nail ola bilmədiyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, sənətçi bu barədə İnstaqram səhifəsində videomüraciət yayıb.

Qalkinin sözlərinə görə, Qazaxıstanda sözün əsl mənasında “dövlət səviyyəsində” onun Almatı və Astanada konsertlərinə mane olurlar. Belə ki, onun komandası daim rəsmilərin müqaviməti ilə üzləşir.

“...Bəzi uydurma səbəblər, pərdəarxası qadağalar...

Ya bilet satışını dayandırırlar, ya da ki...

Başa düşürəm, yəqin ki, nədənsə mən Qazaxıstan hakimiyyətinə o qədər qorxuram ki, onlar mənim konsertlərimi keçirməkdən o qədər qorxdular. Hazırda mənim konsertlərimə açıq-aşkar qadağa qoyulub”.

Bunu deyən Qalkin, baş verənlərdən təəssüfləndiyini də dilə gətirib.

...Çünki Qazaxıstana və oradakı tamaşaçılarına “pərəstiş edir”

Bu arada, yəni avqustun 31-də Astananın Mədəniyyət Departamenti vəziyyəti şərh edib. Şöbə iddia edir ki, təşkilatçılar tərəfindən seçilmiş tarixdə “Qazaxıstan” Mərkəzi Konsert Salonunda artıq Müəllimlər Günü şərəfinə konsert nəzərdə tutulub, ona görə də onlara başqa tarix və saat seçmək tövsiyə olunub.

Nazlı