"Qarabağ" rəqibindən daha üstün heyətə malikdir" - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

31 Avqust 2023 11:38 (UTC+04:00)

""Qarabağ" Lyublyanada rəqibi "Olimpiya"nı 0:2 hesabı ilə üstələyib". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Ceyhun Sultanov deyib.

"Düşünürəm ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda da "Köhlən atlar" ən azından mərhələni keçmək üçün oynayacaqlar. "Qarabağ" öz rəqibindən daha üstün heyətə malikdir və daha təcrübəlidir. Bu gün axşam maraqlı oyun izləyəcəyimizə ümid edir və Azərbaycan təmsilçisinin turi keçəcəyini gözləyirəm",- deyə mütəxəssis fikirlərini bildirib.

Ləman Sərraf