Meyxanaçının son halı təəccübə səbəb olub - FOTO

31 Avqust 2023 02:53 (UTC+04:00)

Bir zamanlar meyxana ustası kimi tanınan Cavid Dağlının son halı təəccübə səbəb olub. SİA xəbər verir ki, yutuber Nail Kəmərli meyxanaçının fotosunu paylaşaraq onun narkomaniyadan əziyyət çəkdiyini qeyd edib: "Bir zamanlar gözəl meyxana deyən Cavid Dağlının indiki halı. Narkomaniyanın qurbanı".

Qeyd edək ki, hazırda 38 yaşı olan Cavid Dağlı 2004-cü ildə məşhur "De Gəlsin" layihəsində iştirak edib və yarımfinala qədər irəliləyib.