Venesiyada 80 illik yubiley film festivalı açılıb. Mərasim “Gecə qapıçısı” (1974) filminin müəllifi Liliana Kavaninin dünya kinosuna verdiyi töhfəyə və karyera uğurlarına görə “Müqəddəs Markın Qızıl Aslanı” mükafatının verilməsi ilə başlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu il Venesiya Festivalı bütün rəqibləri arasında 80 seriya nömrəsinə yüksələn ilk festival oldu. O, həqiqətən də bütün digərlərindən daha qədimdir.
“Venesiya klassikləri” proqramının həvəskarları kinonun keçmişini xatırlayacaqlar. Onlar Andrey Tarkovskinin “Andrey Rublev”, Sergey Paracanovun “Unudulmuş əcdadların kölgələri”, Terrens Malikin “Məhsul günləri” və Karlos Sauranın “Ov” əsərlərinin müəllif versiyasına baxa biləcəklər.
Qeyd edək ki, film festivalında əməkdaşlığın ən parlaq nümunələrindən biri Şarlotta Ramplinqin Liliana Kavani ilə “Gecə qapıçısı” filmindəki qadın obrazı üzərində işləməsidir. Açılış mərasiminin ən təsirli anı 90 yaşlı Liliana Kavaninin karyerasına görə “Qızıl Aslan”ın verilməsi olub. Şarlotta Ramplinq mükafatı almaq üçün səhnəyə çıxıb. İki görkəmli qadının görüşü festivalın gözəl başlanğıcı oldu və həmin gün Kavaninin yeni filmi “Zamanın sifarişi” nümayiş olundu. Bəşəriyyətin yaşadığı “dünyanın sonu”ndan bəhs edən bu filmdə əsas rollardan birini Kseniya Rappoport canlandırıb.
Nazlı