Türkiyənin məşhur televiziya proqramına müraciət edən Taha və Elif Sunkar 3 böyük qardaşlarının öldüyünü, 16 yaşlı kiçik qardaşları İsanın isə bibiləri Besime Sunkar tərəfindən qaçırıldığını iddia edib. Canlı yayıma qoşulan Besime Sunkar "İsa mənim qaynımdır, amma ərim olacaq" deyib. Özünü öldürən digər qayınlar ilə bağlı şok təfərrüatlar ortaya çıxıb. Besime Sunkarın canlı yayımdakı inanılmaz ifadələrini təqdim edirik.
2016-cı ildə Halil Sunkarla ailə quran Besime Sunkar evliliyinin dördüncü ayında ərini itirib. Besime Sunkar ərinin ölümündən sonra qayınları ilə eyni evdə qalmağa davam edib. Qardaşının ölümündən sonra İsmayıl Sunkar da öz həyatına son qoyub və onun cansız cəsədi evin qarajında tapılıb. 18 gün sonra digər qardaş Musa Sunkar da intihar edib. Bütün baş verənlərdən sonra Besime Sunkarın ötən aprel ayında 16 yaşlı qaynı İsa Sunkarı avtomobilinin yük yerində qaçırdığı iddia edilib.
3 qardaşının ölümündə payı olduğu iddia edilən və İsa Sunkarı qaçıran Besime Sunkar iddialardan sonra canlı yayıma qoşulub. İntihar hadisələrində günahının olmadığını deyən Besime, "İsa mənim qayınımdır, amma ərim olacaq. 17 onun, 28 də mənim yaşım var. Sevgi münasibətimizin olması normal qarşılanmaya bilər. Amma İsa məni qoruyacaq. Dul qadın olduğum üçün məni evləndirmək istədilər. 8 il mənə və oğluma dövlət baxdı, heç kim heç nə etmədi. Qardaşı, anası və atası tərəfindən İsanın ipdən asılmış fotosu paylaşıldı. İsmayıl və Musanın özünü öldürməsinin mənimlə heç bir əlaqəsi yoxdur. İsmayıl atası işləyərkən onunla mübahisə edib. Atası İsmayılın əlini tütək açarı ilə vurub sındırıb. Bu, ölməzdən bir həftə əvvəl baş verib. O, əlindəki tikişlərlə öldü. İsmail hərşeyi özü-özünə etdi".
16 yaşlı qardaşlarının Besime Sunkar tərəfindən qaçırıldığını iddia edən qardaşlar, "Qardaşlarımın üçü də Besimeyə görə öldü. Qardaşımızı Besimeyə yem etməyəcəyik. İsa "Məni Besiməyə verməsəniz intihar edəcəyəm" deyərək özünü asdı" deyilib.
Ayşən Vəli