Amerikalı modelyer 102 yaşını qeyd edir

30 Avqust 2023 07:13 (UTC+04:00)

Dünya şöhrətli amerikalı modelyer İris Apfel 102 yaşını qeyd edir. O, öz "Instagram" səhifəsində paylaşım edib. SİA xəbər verir ki, tez-tez rəngarəng, həmişə enerjili, fərqli eynəkləri ilə diqqət çəkən Apfel "dünyanın ən yaşlı yeniyetməsi" kimi də tanınır.

Apfel Nyu York Universitetində sənət tarixini öyrənib və Viskonsin Universitetində incəsənət məktəbində oxuyub. Gənc bir qadın kimi o, “Women's Wear Daily” və interyer dizayneri Elinor Consonda çalışıb. O, həmçinin illüstrator Robert Qudmanın köməkçisi kimi də fəaliyyət göstərib.

Apfel bir neçə dizayn layihəsində, o cümlədən Ağ Evdə doqquz prezident üçün dizayn işlərində iştirak edib: Truman, Eyzenhauer, Kennedi, Conson, Nikson, Ford, Karter, Reyqan və Klinton.