"Eşq gözləməklə gəlmir" - Aynişan

30 Avqust 2023 05:54 (UTC+04:00)

Aynişandan bol-bol iş gözləyin. Eşq gözləməklə gəlmir. Amma iş nə qədər çox çalışsan, bir o qədər artır. Hər gün işimin olduğu üçün şükür edirəm. SİA xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial mediada yazıb. Ona ünvanlanan suallara cavab verən influenser şəxsi həyatından da söz açıb.

"Sadəcə xoşbəxtlik var. Ailə harmoniyası. Özünü sevilən, uğurlu və xoşbəxt hiss etmək, həyatın hər anından həzz almaq. Bu, istənilən insana dəstəkdir. Dünyada heç nə qarşılıqlı sevgidən gözəl ola bilməz", - Aynişan qeyd edib.

Qeyd edək ki, Aynişan Kənan Əliyev adlı idmançı ilə ailəli olub. Onların nikahı bir neçə ay davam edib.