Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub- MN

29 Avqust 2023 09:36 (UTC+04:00)

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.