Məşhur musiqiçi Rafet El Roman sonsuz olması ilə bağlı gözlənilməz etiraflar edib. SİA xəbər verir ki, bu barədə sənətçi "Günaydın" qəzetinə müsahibəsində danışıb. Heç vaxt övlad sahibi ola bilməyəcəyini deyən sənətçi sonsuzluq əməliyyatı etdirdiyini bildirib:
"Bunu sizə ilk dəfə izah edirəm. Artıq övladım olmayacaq. 6 illik həyat yoldaşım Yeşim Xanımdan oğlum Edvan dünyaya gələndə qızlarım psixoloji cəhətdən çətin bir dövr keçirdilər. Bu barədə mənə anam da xəbərdarlıq etmişdi. Ailə məclisi də keçirdik. Qızlarım, bacılarım və anamla danışaraq tibbi olaraq öz seçimimlə tədbir görmüşəm. Övladlarımın, ailəmin rahatlığı üçün bunu könüllü etdim", - müğənni müsahibəsində qeyd edib.