Aysel yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib - FOTOLAR

29 Avqust 2023 06:10 (UTC+04:00)

Aparıcı və aktyor İlkin Həsəninin bloqer həyat yoldaşı Aysel yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib. SİA xəbər verir ki, hamiləliyinin sonuncu aylarını yaşayan televiziya ulduzunun xanımı dəniz sahilində romantik şəkillər çəkdirib.

Aysel sözügedən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Bloqer xanım paylaşımına "İlk hamiləliyimdə hər şey o qədər tez olmuşdu ki, fotosessiya edə bilməmişdim. Bu dəfə yadigar qalsın deyə etdik bir şeylər" şərhini yazıb.