SpaceX 5000-ci Starlink peykini orbitə çıxarıb

27 Avqust 2023 22:08 (UTC+04:00)

SpaceX şirkəti daha 22 Starlink internet peykini orbitə çıxarıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu, SpaceX üçün əlamətdar missiya olub və şirkət tərəfindən indiyədək buraxılmış Starlink peyklərinin ümumi sayı 5 mini keçib.

Peyklər avqustun 26-da Florida ştatının Kanaveral burnunda yerləşən kosmodromdan Falcon 9 raketi ilə havaya qaldırılıb. Təxminən 8,5 dəqiqə sonra raketin ilk pilləsi Yerə qayıdıb.