Rusiyalı lotereyada 100 milyon rubldan çox udub

27 Avqust 2023 17:13 (UTC+04:00)

Rusiyanın Milli Lotereyanın mətbuat xidməti xəbər verir ki, Volqoqrad vilayətinin sakini Rusiya lotereyalarından birində 113 132 977 rubl məbləğində uduş qazanıb.

Bundan əlavə, eyni tiraj üçün daha dörd nəfər hər biri 1 milyon rubl qazanıb.

Uduş iştirakçılarının uduşlarının ümumi məbləği 131 milyon rublu ötüb.

SİA rus qaynaqlarına istinadən xəbər verir ki, qanunvericiliyə görə, lotereya uduşları gəlir kimi qəbul edilir və vergiyə cəlb edilməlidir. 5 milyon rubldan çox məbləğ üçün bu, 15 faiz, daha kiçik bir məbləğ üçün – 13 faiz təşkil edir. 4 min rubla qədər uduşlar vergiyə cəlb edilmir.

Nazlı