Məşhur aktrisa xəstəxanaya yerləşdirilib

27 Avqust 2023 07:11 (UTC+04:00)

Rusiyalı məşhur aktrisa Kristina Asmus xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə paylaşım edib.

Rotavirusa yoluxan sənətçi iki gündür xəstəxanada olduğunu bildirib. Onun sözlərinə görə, xəstəliyin kəskin mərhələsi keçib, lakin digər simptomlar, o cümlədən yüksək hərarət hələ də aradan qalxmayıb.

Qeyd edək ki, sənətçi virusa çəkiliş meydançasındakı çirkli çayda çimdikdən sonra yoluxub.