Brilliant Dadaşova Mehriban Əliyevaya mahnı həsr etdi - VİDEO

27 Avqust 2023 03:51 (UTC+04:00)

26 avqust Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. SİA xəbər verir ki, bu münasibətlə Xalq artisti Brilliant Dadaşova Mehriban xanım Əliyevaya yeni mahnı həsr edib.

“Uğurlar diləyirik” adlı mahnının sözləri Xalq artistinin özünə aiddir. Brilliant xanım bu mahnını gənc musiqiçilərlə birgə ərsəyə gətirib. Mahnının musiqisi RZZA-ya aiddir.