ÜST-nın baş direktoru meymun çiçәyi epidemiyası ilә bağlı bәyanat yaydı

26 Avqust 2023 18:46 (UTC+04:00)

Dünyada meymun çiçəyi virusundan 156 nəfər ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında meymun çiçəyi virusu ilə bağlı son vəziyyət haqqında məlumat verib.

Tedros Adhanom Qebreyesus deyib: "İndiyədək 114 ölkədə 90 000-dən çox meymun çiçəyi virusuna yoluxma halı ilə bağlı məlumat daxil olub. Epidemiya nəticəsində 156 nəfər həyatını itirib''.

Xüsusilə Asiyada son 2 ayda epidemiyaya yoluxma hallarının sayında böyük artım olduğunu ifadə edən Qebreyesus Afrikadan müntəzəm olaraq epidemiya ilə bağlı məlumat əldə etdiklərini söyləyib.

Qebreyesus deyib: "Yeni növ koronavirus (COVID-19) epidemiyası dövründə etdiyimiz kimi ölkələrin meymun çiçəyi virusunu idarə edilmələrinə dəstək verəcəyik''.