Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandırdığı "Atatürk" filminin ilk tizeri yayımlanıb. SİA xəbər verir ki, ekran işi 29 oktyabr tarixində "Fox" kanalında, noyabrın 3-də isə kinoteatrlarda izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, filmin daha əvvəl "Disney+" platformasında yayımlanması planlaşıdırılsa da, Amerika Milli Erməni Komitəsi nümayişin ləğv olunmasını tələb etmişdi.