Deyirəm…yaxşı qurtarıb

25 Avqust 2023 20:33 (UTC+04:00)

Novosibirskdə Sülh Məhkəməsi musiqiçi, “Bədbəxt hadisə” qrupunun rəhbəri Aleksey Kortnevin polisi təhqir etməsi ilə bağlı cinayət işi üzrə 20 min rubl cərimə edib.

SİA-nın əldə etdiyi məlumata görə, musiqiçiyə qarşı cinayət işi...sonradan bağlanıb.

Bölgə məhkəmələrinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Kortnev sonradan polis kapitanından üzr istəyib və ona 70 min rubl məbləğində mənəvi ziyanı ödəyib.

Qeyd edək ki, musiqiçi bundan əlavə “Hamısı Qələbə naminə” təşkilatına da 10 min rubl ianə edib.

Xatırladaq ki, bu təşkilat Rusiya tərəfində Ukraynaya qarşı döyüşən hərbi birləşmələrə, eləcə də dövlət təbliğatı ilə əlaqəli şəxslərə dəstək verir.

Maraqlıdır ki, Aleksey Kortnev özü hələlik məhkəmənin qərarını şərh etməyib.

Nazlı