Qədim şəhər Herakleia Pontika

24 Avqust 2023 23:54 (UTC+04:00)

Bu gün Roma dövrünə qədər əhəmiyyətli liman şəhəri olan Herakleia Pontikaya gedirik. Şəhər adını yunan mifologiyasındakı Herakldan götürüb. Pontika bölgənin qədim adıdır. Qəhrəman kimi tanınan Herakl tanrıların tanrısı Zevsin oğludur. O, qəhrəmandır, çünki yeraltı dünyasının gözətçisi olan üçbaşlı Kerberosu məğlub edərək onu yer üzünə çıxara bilmişdir. Mifologiyaya görə, Heraklın on iki missiyasından biri Cəhənnəm iki Kerberosu Heraklia Pontikadakı Cəhənnəmağzı mağaralarından yer üzünə gətirməkdir. Buna görə də qədim dövrdə şəhərdə Herakla olan inanc çox təsirli olmuşdur. Herakleia Pontikada tapılan sikkələrin üzərində qəhrəman Herakl və mifologiyada tez-tez bəhs edilən Heraklın on iki missiyası yer alıb.

Herakleia Pontika hazırda "Karadeniz Ereğlisi" kimi tanınır. Şəhərə çatmağımıza çox az qalıb. Külək xəfif əsməyə davam edir, günəş özünü hiss etdirməyə başlayır. Yaşıl bir şəhər görəcəyik. Bir az yavaşlayıb, küləyi arxamıza alıb yavaş-yavaş dənizin üzərində sürüşəcəyik. Köseağzı çimərliyi yaxınlığında lövbər salacağıq.

Mifologiyadan qidalanan qədim Herakleia Pontika güclü inzibati quruluşa malik idi. Bu xüsusiyyətinə görə o, qısa müddətdə bölgənin ən mühüm siyasi hakimiyyətlərindən birinə çevrildi və uzun illər bu mövqeyini qoruyub saxladı. Şəhər salındığı vaxtdan bu günə qədər insanların məskunlaşdığı yer olmuşdur.

Herakleia Pontika əhəmiyyətli bir liman şəhəri olduğundan, iqtisadi cəhətdən də çox güclü idi. Bundan əlavə, liman qədim zamanlarda dənizçiləri xilas edən liman kimi tanınırdı. Şəhərdə çayların suvardığı düzənliklərdə buğda, arpa, küncüt, fındıq, zeytun kimi müxtəlif məhsullar yetişdirilirdi. Qədim Herakleia Pontika şəhəri Rodos başda olmaqla bir çox şəhərlərlə sıx əlaqələri olan mühüm ticarət mərkəzi idi.

İndi mifologiyaya görə şəhərin qurulmasında rolu olan Cəhənnəmağzı mağaralarına tərəf yola düşə bilərik. Yunan mifologiyasının yenilməz və qüdrətli tanrısı Herakl ən çətin tapşırığını məhz burada yerinə yetirdi. Heraklın tapşırığı cəhənnəm qapılarını qoruyan üçbaşlı it Kerberosu “Ölülər ölkəsi”ndən qaçaqmalçılıq yolu ilə qaçırmaqdır. Ölülər ölkəsi heç bir insanın geri dönə bilməyəcəyi yerdir. Burası Heraklın Kerberosu qaçırmaq üçün yerin altına girdiyi Cəhənnəmağzı mağaralarıdır.

Burada yan-yana üç mağara var. Arxeoloji qazıntılar zamanı Ellinistik, Roma və Bizans dövrlərinə aid kitabələr və məzar daşları aşkar edilmişdir. İlk mağara kilsə mağarası kimi tanınır. Xristianlığın qadağan olduğu dövrdə ilk xristianlar bu mağaradan gizli ibadət etmək üçün istifadə edirdilər. Mütəxəssislər bildirirlər ki, bu ilk mağara erkən xristian dövrünə aid çox qədim kilsədir. Mağaranın içərisində sütunları, orijinal bitki və həndəsi motivli döşəmə mozaikasını və su anbarını görəmək mümkündür.

Yerli əhali ikinci mağaraya Koca Yusuf mağarası adını qoyub. Bu mağara yamacda yerləşir. Dağın içinə tərəf girən mağaranın yalnız kiçik bir hissəsini ziyarət etmək olar. Cəhənnəmağzı mağaraları həm ilk dövrün mühüm peyğəmbərlik mərkəzi, həm də erkən xristian dövrünə aid ibadət yeridir.

Üçüncü mağara “müqəddəs su” mənasını verən Ayazma mağarası kimi tanınır. Çünki mağaranın döşəməsi sularla örtülüdür. Bu səbəbdən həm Kilsə mağarası, həm də Koca Yusuf mağarası su ilə təmin edən bir su anbarı kimi fəaliyyət göstərir.

Zonguldak Ereğlisi sadəcə qədim Herakleia Pontica şəhəri ilə məhdudlaşmır, keçmişin izlərinin qaldığı başqa bir yer də var: İnönü mağarası. Mağarada aparılan qazıntılarda ortaya çıxan tapıntılar həm Anadolu, həm də dünya arxeologiyasına işıq salmaq qabiliyyətinə malikdir. Çünki burada 6500 illik bir yaşayış məskəninin olduğu müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, bu, Qara dəniz sahilindəki ən qədim yaşayış məskənidir.

İstəkli dinləyicilər, söhbətimizdə Qara dəniz bölgəsində yerləşən Zonguldak vilayətinin Ereğli qəsəbəsi ərazilərində yerləşən qədim Herakleia Pontika şəhərindən danışdıq, orda yerləşən mağaları ziyarət etdik.

Bu gün Roma dövrünə qədər əhəmiyyətli liman şəhəri olan Herakleia Pontikaya gedirik. Şəhər adını yunan mifologiyasındakı Herakldan götürüb. Pontika bölgənin qədim adıdır. Qəhrəman kimi tanınan Herakl tanrıların tanrısı Zevsin oğludur. O, qəhrəmandır, çünki yeraltı dünyasının gözətçisi olan üçbaşlı Kerberosu məğlub edərək onu yer üzünə çıxara bilmişdir. Mifologiyaya görə, Heraklın on iki missiyasından biri Cəhənnəm iki Kerberosu Heraklia Pontikadakı Cəhənnəmağzı mağaralarından yer üzünə gətirməkdir. Buna görə də qədim dövrdə şəhərdə Herakla olan inanc çox təsirli olmuşdur. Herakleia Pontikada tapılan sikkələrin üzərində qəhrəman Herakl və mifologiyada tez-tez bəhs edilən Heraklın on iki missiyası yer alıb.

Herakleia Pontika hazırda Karadeniz Ereğlisi kimi tanınır. Şəhərə çatmağımıza çox az qalıb. Külək xəfif əsməyə davam edir, günəş özünü hiss etdirməyə başlayır. Yaşıl bir şəhər görəcəyik. Bir az yavaşlayıb, küləyi arxamıza alıb yavaş-yavaş dənizin üzərində sürüşəcəyik. Köseağzı çimərliyi yaxınlığında lövbər salacağıq.