"Azərbaycanla əlaqələrin dərinləşməsini istəyirik"

24 Avqust 2023 18:11 (UTC+04:00)

Belçika və Azərbaycan arasında əlaqələrin dərinləşməsini istəyirik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib.

“Azərbaycanla Belçika arasında ikitərəfli əlaqələr, ticarət, investisiya sahəsində bir sıra məsələləri müzakirə etdik. Bugünkü görüşdə müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət oldu”, - deyə Hadija Labib qeyd edib.