Bu il Azərbaycanı “Avroviziya”da təmsil edən Tural və Turan Bağmanov qardaşları müsabiqədə səhnədə ifa etdikləri bass gitaranı satışa çıxarıblar. SİA xəbər verir ki, onlar bu haqda instaqram səhifəsində məlumat paylaşıblar.
Qeyd edək ki, bu il Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində keçirilən 67-ci “Avroviziya 2023” mahnı müsabiqəsində 37 ölkə təmsil olunub. Müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edib. Onlar yarımfinalda dayanıblar.