Amerikalı müğənni "Dom dom kurşunu"na yeni nəfəs verdi - VİDEO

24 Avqust 2023 06:39 (UTC+04:00)

Amerikalı müğənni Della Miles Türkiyənin pop kralı İbrahim Tatlısəsin repertuarına müraciət edib. SİA xəbər verir ki, o, "Dom dom kurşunu" mahnısını oxuyub və ona klip çəkdirib!

Qeyd edək ki, sənətçi vaxtilə Michael Jackson və Whitney Houstonun bek-vokalisti olub.

Sözügedən mahnıya çəkilmiş klipi təqdim edirik: