Kanal D-nin 1980-ci illərdən bəhs edən yeni serialı "Dilektaşı"nın ilk treyleri yayımlanıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, serialın baş rol ifaçıları Hazal Subaşı ilə Salih Bademcidir.
Ssenarisini Can Sinanın yazdığı, prodüserliyini Yaşar İrvül və Efe İrvülin etdiyi serialın rejissor kürsüsündə Altan Dönmez oturur. Qısa müddətdə sosial mediada yayılan serial böyük maraqla qarşılanıb. İzləyicilər xüsusilə Hazal Subaşı ilə Salih Bademcinin uğurlu tərəf müqabili olduqlarını qeyd edib.
Serialın heyətində Perihan Savaş, Özge Özberk, Teoman Kumbaracıbaşı, Elif Doğan, Çiçek Dilligil, Afra Karagöz kimi sənətçilər da var. Kanal D ekranlarında yayımlanacaq serialın dəqiq tarixi hələ dəqiqləşməyib.