İnstaqram və tiktokda çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan gədələr, məşğələlər yaradır... Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. SİA xəbər verir ki, bu sözləri müğənni Murad Arif sosial mediada yazıb. TikTok-dan şikayət edən ulduz valideynləri diqqət olmağa səsləyib:
"Biri də demir ki, "ay bala, milli rəqslər ayaqlarını belə əyri qoyaraq oynanılmaz!"... Qız uşaqları heç belə oynamaz! İyrəncdir... Nə "müəllimi" qanır, nə də valideyn".