Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

23 Avqust 2023 15:10 (UTC+04:00)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib. DİM-dən SİA-ya verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqındaməlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinəgöndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərininmüsabiqəsində iştirak etmək üçün 2900 bakalavrmüraciət edib. Müsabiqə nəticəsində onlardan 1055 nəfər (o cümlədən 150 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qəbul olan bakalavrların siyahısı, müsabiqənəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektronversiyasını (pdf formatında) sabah günün ikinciyarısından etibarən DİM saytının "Elektronxidmətlər" bölməsində "DİM nəşrlərinin elektronversiyalarının onlayn satışı" xidməti vasitəsiləödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətəkeçid: http://eservices.dim.gov.az/ejurnal).

Qəbul olunan şəxslər 2023-cü il 28 avqust11:00-dan 4 sentyabr saat 18:00dək elektronqaydada qeydiyyatdan keçməlidirlər. Bununüçün, https://portal.edu.az/ platformasındaqeydiyyatdan keçmək, yaradılmış kabinetə daxilolduqdan sonra təqdim edilən xidmətlər sırasında“Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanqeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbulolunanların siyahısından xaric ediləcəklər.