“Gənc istedadlar” liseyinin dünyanın beş nüfuzlu universitetinə qəbul alan məzunu

23 Avqust 2023 14:11 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin məzunu Murad Novruzov dünyanın nüfuzlu ali təhsil müəssisələri olan Kanadanın MakQil Universitetinin kompüter elmləri ixtisasına qəbul olub. BDU-dan SİA-ya verilən məlumata görə, Murad Novruzov həmçinin Kanadanın Toronto və Britaniya Kolumbiyası Universitetiləri, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) və Belçikanın Löven Katolik Universitetinə də qəbul alıb.
Murad Novruzov Beynəlxalq Tələbə Təqaüdünün də qalibidir. Onun təhsil aldığı müddətdə alacağı təqaüd məbləği 80.000 ABŞ dolları (illik 20 000 ABŞ dolları olmaqla) təşkil edir.
Qeyd edək ki, Murad Novruzov 2021-ci ildə “Sabahın alimləri” X Respublika müsabiqəsində Riyaziyyat nominasiyası üzrə II yerə layiq görülüb. “Gənc istedadlar” liseyini qızıl medalla bitirib.
Məzunumuzu təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayırıq!