Azərbaycan Ordusunun Ermənistan mövqelərinin atəşə tutması barədə məlumat tamamilə yalandır- MN

23 Avqust 2023 09:24 (UTC+04:00)

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.