Xatırlamış olarsınızsa, bir müddət bundan əvvəl SİA bu barədə yazmışdı.
Deməli, Dağıstan hakimiyyəti Mahaçqalada idmançı Yelena İsinbayevanın adını daşıyan stadionun adını dəyişib. İndi stadion daha Yelenanın adını daçımayacaq, vvəlki adla “Trud” “Əməkçi” adlanacaq.
Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, idmançının İspaniyada yaşadığı və Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlığı davam etdirəcəyi məlum olduqdan sonra stadiona İsinbayevanın adı verilə bilməz.
…Bəli, o, istedadlı idmançıdır, lakin o, heç vaxt həyatını, keçmişini və gələcəyini Dağıstanla bağlamayıb. Və idmançının kordon arxasından verdiyi son açıqlamalar bizim üçün ciddi siqnaldır və stadionun adına yenidən baxmağa əsas verir.
…Yelena İsinbayevanın şərəfinə İspaniyada Rusiyaya üstünlük verdiyi bir idman zalı açsınlar.
Melikov təklif edib bunu.
Qeyd edək ki, iyul ayında Avropa mediası Yelena İsinbayevanın İspaniyanın bir hissəsi olan Kanar adalarında yaşadığını yazmışdı. Aleksey Navalnının komandası idmançının Tenerife adasında təxminən üç milyon dollar dəyərində daşınmaz əmlaka sahib olduğunu müəyyən edib.
Xatırladaq ki, İsinbayeva 2012-ci il prezident seçkilərində Vladimir Putinin etibarlı adamı olub və 2020-ci ilin yanvarında Putinə daha iki müddətə namizəd olmağa imkan verən Rusiya Konstitusiyasına düzəlişlər üzrə işçi qrupuna qoşulub.
Bundan əlavə, İsinbayeva Rusiya ordusunda mayor rütbəsinə malikdir.
Yeri gəlmişkən, Yelena İsinbayeva dayaqla tullanmada 28 dünya rekordunun sahibi, iki dəfə Olimpiya çempionudur. Atası Dağıstanlı olsa da, özü Volqoqradda anadan olub.
Ağasəf Babayev