Türk mətbəxində çox sayda qatıq növünün olduğunu bilirsinizmi?

21 Avqust 2023 22:37 (UTC+04:00)

Bu gün qatığın sağlamlıq üçün nə qədər faydalı olduğu məlumdur və dünyanın bir çox ölkəsində geniş şəkildə istehlak olunur. Marketlərdə probiotik, laktozasız, süzülmüş, yarı yağlı, meyvəli kimi onlarla qatıq növünə rast gəlmək mümkündür. Türk mətbəxinə xas qatıq növləri bunlardan qat-qat çoxdur. Qatıq Anadolunun müxtəlif yerlərində, hətta evdən-evə də fərqlənir. Qatığın dadına təsir edən amillərdən biri də istifadə edilən süddür. Bu gün ən asan əldə edilən süd inək südü olduğu üçün bu süddən hazırlanan qatıqlara daha çox rast gəlinir. Amma qoyun, keçi və ya camış südü ilə hazırlanan qatıqlar da var ki, onların hər biri fərqli teksturaya və dada malikdir. Qoyun qatığı bir az acı, inək qatığı isə bir az turş olur. Camış südündən hazırlanan qatıq isə qalın konsistensiyaya malikdir və digər qatıqlardan daha çox kalsium və keyfiyyətli protein ehtiva edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin qatıqları ilə məşhur olan bölgələri də var. Məsələn, İstanbulun Kanlıca rayonu bir əsrdən artıqdır ki, qatıqları ilə tanınır. Yenə İstanbulun Silivri bölgәsinin qatığı məşhurdur. Təxminən 130 illik tarixi olan Silivri qatığı 1870-ci illərdə yalnız qatıq hazırlamaq üçün qurulan qatıq evlərində istehsal edilərək İstanbula daşınıb. 1930-cu illərdə uzaq bölgələrə də göndərilən Silivri qatığı bu gün də populyarlığını qoruyub saxlayır.

Türkiyədə qatıq çeşidi ilə yanaşı, qatıqdan hazırlanan yeməklər də çoxdur. Türk mətbəxində qatıqdan hazırlanan çox sayda təam var.

Məsələn, Dənizli və ətrafındakı bölgələrdə keçi südü qaynar qazana tökülərək yananadək qovrulur və tərəvəzlərə əlavə olunur.

Hatayın uzun ömürlü duzlu qatığı zeytun yağı və ədviyyatlarla birləşdirilir. Qatıq türk mətbəxinin vazkeçilməz qidasıdır.