Brilliant Dadaşova Xəzərdə üzgüçülük məharətini göstərdi

21 Avqust 2023 03:50 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova izləyicilərinə çoxlarına məlum olmayan hünərini göstərib. SİA xəbər verir ki, yay tətilini Buzovnadakı bağ evində keçirən sənətçi Xəzər dənizdə üzərkən çəkilən kadrlarını instaqramda paylaşıb. Dənizin dərin yerlərində üzən Xalq artistinin bu qabiliyyətini izləyicilərini sözün əsl mənasında təəccübləndirib. O, paylaşdığı videoya "Üzməkdən gözəl-yalnız Xəzər Dənizində üzməkdir" sözlərini yazıb.