Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

20 Avqust 2023 13:36 (UTC+04:00)

Avqustun 20-də Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Xudat-Nabran yolunda “VAZ-2107” və “Opel” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində “Opel”in sərnişini Səxavət Hüseynzadə həyatını itirib, digər avtomobilin sürücüsü Hacıbala Xuruci isə xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.