Süni intellekt açarın səsindən parolları oğurlaya bilirmiş

20 Avqust 2023 10:09 (UTC+04:00)

Məlum olub ki, süni intellekt açarın səsindən parolları oğurlaya bilir.

İngiltərnin Durham, Surrey və Royal Hollovay universitetləri tərəfindən aparılan araşdırmada süni intellektin klaviaturadakı düymə səslərini dinləməklə yazılanları 95 faiz dəqiqliklə çatdıra bildiyi müəyyən edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tədqiqatçıların 2021-ci ildə kompüterdə düymə vuruşlarından yaranan səsləri tanımaq üçün kodlaşdırdıqları süni intellekt onlayn zəng zamanı və telefon vasitəsilə hər bir düymənin vuruşunu mikrofon vasitəsilə ayırd edə bilib.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu istiqamətdə hakerlər tərəfindən süni intellekt texnologiyalarının öyrədilməsi ciddi təhlükəsizlik zəiflikləri yarada bilər.