Aktrisa Monika Belluççi "Harper's Bazaar" jurnalının yeni sayının siması olub. SİA xəbər verir ki, müvafiq görüntülər nəşrin sosial şəbəkə hesabında yayımlanıb.
58 yaşlı aktrisa qabarıq gödəkçəli və dərin yarıqlı libasda rol alıb. O, saçlarını yandan ayırıb, axşam makiyajı etdirib, dodaqlarına açıq rəngli pomada çəkib. Təsviri qızıl bilərzik tamamlayıb.