Oktay Kaynarca əsəbləşdi

19 Avqust 2023 07:40 (UTC+04:00)

Məşhur aktyor Oktay Kaynarca tanımadığı insanların ona telefon zəngləri etməsinə sərt reaksiya verib. SİA xəbər verir ki, məşhur aktyor bu barədə "İnstaqram” hesabında paylaşım edib. Kaynarca telefondan istifadə edərkən etiket qaydalarına riayət edilməsi lazım olduğunu yazıb.

O, telefon nömrəsinin icazəsiz başqalarına verilməsindən narahat olduğunu ifadə edib. Reklam adı altında telefon nömrəsinin şirkətlərə verməyin tərbiyəsizlik olduğunu qeyd edib.