Qızlar, niyə çimərlikdə tonal kremdən istifadə edirsiz? Son zamanlar dəfələrlə buna şahid oluram... Dəyişmə otağında tam "make up" edib çıxırsınız. Bu məni üzər... SİA xəbər verir ki, bu sözləri 1 milyondan çox izləyicisi olan influenser Aynişan Quliyeva instaqramda yazıb.
Dənizdə makiyaj etməyin əhəmiyyətsiz olduğunu deyən influenser hesab edir ki, kimsə sizi bəyənsin deyə dəriyə zərər verməyə dəyməz: "Niyə kimsə sizi bəyənsin deyə, özünüzü yorursuz. Üz dərinizə də ziyandır", - məşhur bildirib.