Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları təsdiqlənib

18 Avqust 2023 15:40 (UTC+04:00)

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları təsdiqlənib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.