Məşhur aktrisa qayınanasından danışdı - FOTO

18 Avqust 2023 01:39 (UTC+04:00)

Hər zaman, hər yerdə təkrar-təkrar deyirəm ki, görən, mənim nə boyda savabım var ki, Allah mənim önümə bu qədər özəl, mərhəmətli, sevgi və qayğı dolu, ana kimi qayınana çıxarıb. Bu gün onun doğum günüdür. Mənim həyatımın ən önəmli çağı məhz bu böyük insanla bağlıdır, çünki mənə xəyallarımda belə cəsarət edib, arzulaya bilməyəcəyim qədər mükəmməl həyat yoldaşı bəxş edib. SİA xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə instaqramda yazıb.

Əməkdar artist Çingiz Əhmədovun oğlu, aktyor İbrahim Çingizlə ailə quran məşhur qayınanası Mehriban Əhmədova haqqında ürək sözlərini sosial mediada bölüşüb.

"Mənim hələ də böyüməkdə olan ailəmin təməl daşlarında bu xanımın danılmaz izi və böyük əməyi var. Sizi çox sevirəm! Yaxşı ki, bu enişli-yoxuşlu həyatda məhz sizə rast gəlmişəm. Sağlam və uzun ömrünüz olsun, gözəl ana! Doğum gününüz mübarək!".