…Yaradıcılarının "Rusiya əməliyyat sistemində ilk smartfon" adlandırdıqları və 40 000 rubl dəyərində olan “R-Fon” Rusiyada təqdim olunub.
SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, sonradan “R-Fon”un bazar dəyəri təxminən 17 min rubl olan Linux əməliyyat sisteminə əsaslanan Çin telefonu olduğu ortaya çıxıb.
Nə isə, deyilənlərə görə, rus “R-Fon”unu Rusiyanın keçmiş rabitə naziri Leonid Reymanın “Rutek” şirkəti istehsal edəcək.
Qeyd edək ki, hazırda onun Zelenoqraddakı zavodu Rusiya ordusu üçün “Azart” radioları istehsal edir.
Yeri gəlmişkən, hazırda Reymanın özü də korrupsiya qalmaqallarının izinə düşüb.
Bu arada Rusiya Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyasının rəhbəri Vladimir Zıkov ilk dəfə olaraq yeni “R-Fon”ların fotolarını Telegram-da yerləşdirib.
Rusiya saytlarına açıqlama verən Zıkov, qiyməti 40 min rubla qədər olacaq “R-Fon”ların gələn il bazara çıxarılacağını bildirib.
A. Babayev