92 yaşlı media maqnatı Rupert Merdok Roman Abramoviçin keçmiş həyat yoldaşı Daşa Jukovanın anası, 66 yaşlı anası Daria Jukova ilə görüşməyə başlayıb. SİA xəbər verir ki, "DailyMail"in yazdığına görə, iş adamına yaxın mənbələr onun yeni sevgilisi olduğunu təsdiqləyib. "Onun yaşının yarısında olan insanlar qədər çoxlu enerjisi var", - maqnatın ətrafındakılar bildirib. "HarperCollins", "Fox News kanalı", "The Wall Street Journal", "New York Post", "The Sun", "The Times" kimi media orqanlarının sahibi olan maqnatın həyatında uğursuz romanları az olmayıb. Hətta demək olar ki, bu məsələdə çox bəxtsizdir. 2023-cü ilin yazında o, Cerri Holldan növbəti dəfə boşanmaq üçün ərizə verib. Onların boşanmağa qərar verməsinin səbəbləri açıqlanmasa da, Merdokun əhatəsində olanlar Hollu “yırtıcı və milyarder ovçusu” adlandırıblar.