Madonna təxirə salınan turunun yeni tarixlərini açıqlayıb

17 Avqust 2023 03:49 (UTC+04:00)

Amerikalı müğənni Madonna xəstəliyi səbəbindən təxirə salınan “The Celebration” yubiley turunun yeni tarixlərini açıqlayıb. SİA TASS-a istinadən xəbər verir ki, ifaçının rəsmi saytı xəbər verir ki, ilk tamaşa oktyabrın 14-də Londonda baş tutacaq.

“The Celebration” turu rəsmi olaraq oktyabr ayında Londonda dörd anşlaq şou ilə başlayacaq. Ardınca Belçika, Danimarka, İsveç, İspaniya, Portuqaliya, Fransa, Almaniya, İtaliya və Niderlandda çıxışları olacaq”, - xəbərdə bildirilir.

Avropa mərhələsindən əvvəl nəzərdə tutulan turun Şimali Amerika mərhələsi dekabrın 13-də Bruklində başlayacaq. ABŞ-nin bir neçə şəhərində konsertlər başqa tarixə keçirilə bilinmədiyi üçün ləğv edilib.

Xatırladaq ki, iyunun sonunda Madonna bakterial infeksiyaya yoluxmuş, xəstəxanaya yerləşdirilmişdi.