Rusiyanın “Luna-25” kosmik gəmisinin Ayın orbitinə daxil olduğu bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan"Luna-25"-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.
"Luna-25"-in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkilən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi və kosmik gəmisinin elmi cihazların işə düşdüyü və Yerə ilk məlumatı ötürdüyü qeyd edilib.
“Luna-25” avqustun 11-də Moskvadan 5 min 500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə Aya buraxılıb. Təxminən, 1 il müddətində “Luna-25” şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək.