Zəhərlənən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb - YENİLƏNİB

16 Avqust 2023 15:34 (UTC+04:00)

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".