Cəmil Həsənli indi də kuryerlik edir ANALİZ

16 Avqust 2023 13:25 (UTC+04:00)

Pullar, planlar və görülməli olan tapşırıqlar Cəmil Həsənli vasitəsi ilə Əli Kərimliyə çatdırılır

Bu, bir faktdır ki, bəzən insan səhv peşə, yanlış ixtisas seçəndə həyatı boyu uğursuz həyat yaşayır. Bir məqamda ixtisasını və ya peşəsini dəyişməyə çalışsa da alınmır. Çünki el məsəlidir, “qırxında öyrənən gorunda çalar”. Vay o günə ki, siyasi bacarığın, istedadın olmadığı halda siyasətə baş vurasan. Bu halda insanın həyatı alt-üst olur. Bir zaman bazarda qarpız satmış, institutda laborant işləmiş, xəstəxanada feldşer olaraq çalışmış şəxslərin gözlənilmədən Azərbaycan siyasətində peyda olmaları və bunun ağır nəticəsi olaraq hansı acınacaqlı həyat yaşadıqları bütün cəmiyyətə məlumdur. Milli Şuranın sədri Cəmil Həsənlinin də yeri səhv düşüb, öz ağır gününə ağlayanlardandır. Elm aləmində bir o qədər uğur qazana bilməyəcəyini anlayan Cəmil Həsənli şansını siyasətdə yoxlamağa çalışıb. Onun “Milli Şura” sədrliyindəki 8 illik sədrlik fəaliyyəti onu deməyə əsas verir ki, dörd ölkənin üzüqara professoru siyasətdə də nəticə əldə edə bilməyib. Düzdür, elmdən fərqli olaraq siyasətə baş vurandan maddi durumu yaxşılaşıb. Daha doğrusu, “Milli Şura”nın sədri olaraq xaricdən böyük məbləğdə maliyyə vəsaitləri alıb. Məhz bu pullar hesabına Vaşinqitonda və Londonda özünə ev-eşik alıb, əyin-başını düzəldib, övladlarına gün-güzəran yaradıb. Lakin üzüntülüdür, çünki dərk edir ki, aldadılaraq siyasətə gətirilməsi ilə elmdən uzaq düşüb, araşdırmalı və yazmalı olduğu elmi əsərlərindən məhrum olub. Həm də xarici qüvvələrlə iş birliyində olması faktları aşkarlandığı üçün cəmiyyətin qınaq obyektinə çevrilib. KİV-lərdə tənqid edilib, sosial şəbəkələrdə haqqında ittihamlar irəli sürülüb, təhqirlər səsləndirilib. Yəni, siyasət ona qalaq-qalaq kitablara sığmaya pisliklər gətirib.

Ə.Kərimli C.Həsənlini özünün qurduğu tilsimli oyununa salıb

Təbii ki, bu pisliklərin yaranmasında daha çox AXCP sədri Əli Kərimli rol oynayıb. Ə.Kərimli bir növ onu özünün qurduğu tilsimli oyununa saldı. Elə bir oyuna ki, C.Həsənli uzun illərdir çalışır ki, tilsimi sındıraraq azadlığına qovuşsun, lakin çabaladıqca daha dərin bataqlığa düşür. C.Həsənli müqəvva olmadığını Ə.Kərimliyə göstərməyə çalışsa da, onda bu alınmayıb. Ötən il Londondakı evindən belə bir açıqlama vermişdir ki, o, “Milli Şura” sədrliyindən gedir: “Bununla bağlı təklif vermişəm. Milli Şura gəncləşməli, yenilənməlidir, artıq 8-ci ildir təşkilatın rəhbəriyəm. İnsanları nəyəsə çağırırsansa, özün prosesin önündə olmalısan. Londonda, Parisdə, Vaşinqtonda oturub riskli bir cəmiyyətdə insanları etiraza çağırmağın əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki... Hər yerdən, o cümlədən də bu dünyadan gərək vaxtında gedəsən. Aktiv siyasətdə və Milli Şuranın rəhbərliyində qalmağı düşünmürəm” . Lakin C.Həsənli dediyini əməli fəaliyyətində həyata keçirməyə cəsarəti çatmadı. Çünki Ə.Kərimli ona bu imkanı vermədi. Təbii ki, nə zaman Ə.Kərimli istəsə o zaman C.Həsənli Milli Şura sədrliyindən, ümumilikdə siyasətdən gedəcək. Hələlik isə, Ə.Kərimlinin belə planı yoxdur. Çünki bəzi xarici maraqlı dairələr Azərbaycanın dağıdıcı müxalifətinə ayrılan maliyyə vəsaitlərini C.Həsənliyə Londondakı evində təqdim edirlər. Məlumatlara görə, son bir il ərzində müxtəlif xarici maraqlı dairələr Ə.Kərimliyə çatdırılması üçün İngiltərə də C.Həsənliyə 216 min avro və 147 min ABŞ dolları veriblər. Təbii ki, həmin pullardan bir qismini C.Həsənli özünə götürməklə digər hissəsini müxtəlif yollarla Ə.Kərimliyə çatdırıb. Planların və görülməli olan tapşırıqlarında C.Həsənli vasitəsi ilə Ə.Kərimliyə çatdırıldığını nəzərə alsaq, Ə.Kərimliyə C.Həsənlinin Milli Şura sədrliyindən uzaqlaşdırmaq çətin görünür. Ancaq “siyasətdə daimi düşmənlər olmadığı kimi, dostlar da olmur, maraqlar olur” prizmasından siyasi proseslərdə baş verənlərə nəzər yetirən Ə.Kərimli günün birində C.Həsənlini Fuad Qəhrəmanlı və ya Seymur Həzi ilə əvəzləyə bilər.

İ.ƏLİYEV