Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlanır

16 Avqust 2023 10:39 (UTC+04:00)

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlanır. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq.